“Məntiqi və riyazi təfəkkürün inkişafı” mövzusunda vebinar keçiriləcək

Tarix: 10.06.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən tərbiyəçi-müəllimlərə metodik dəstək məqsədilə 12 iyun tarixində saat 16:00-da “Məntiqi və riyazi təfəkkürün inkişafı” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri 320 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimləri Gülnar Əliyeva və Ülkər Qədimova çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.