“Tədris zamanı inteqrativ tapşırıqlar” mövzusunda vebinar keçiriləcək

Tarix: 10.06.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 11 iyun tarixində saat 16:00-da metodika və pedaqogika üzrə “Tədris zamanı inteqrativ tapşırıqlar” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova çıxış edəcək.

Qeyd edək ki, Aynur Rüstəmova “Müasir metodist” layihəsinin məzmununun verilməsində həmmüəllif, prosesin təşkilində həmicraçı, “İlin ən yaxşı müəllimi” müsabiqəqinin qalibi, dərslik müəllifi və fənn kurikulumlarının həmmüəllifidir. Həmçinin, A.Rüstəmova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

Bildirək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.