“Oyunlar və onların təlimdə tətbiqi xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək

Tarix: 11.06.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən tərbiyəçi-müəllimlərə metodik dəstək məqsədilə 13 iyun tarixində saat 10:30-da “Oyunlar və onların təlimdə tətbiqi xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova və Zaqatala rayonu Əliabad qəsəbə 3 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Pəri Osmanova çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.