Məktəblilərarası fənn müsabiqələrinin final turunun yazı işlərinin yoxlanması prosesi başa çatıb

Tarix: 12.06.2025
Paylaş:

 

31 may 2025-ci il tarixində keçirilmiş Məktəblilərarası fənn müsabiqələrinin final turu üzrə şagirdlərin yazı işlərinin yoxlanması prosesi yekunlaşıb.

Şagirdlər UTİS kodu və FİN kod vasitəsilə sistemə (https://rfm-2024-2025-final.onrender.com) daxil olaraq ekspertlər tərəfindən qiymətləndirilmiş sual kitabçaları və yekun balları ilə tanış ola bilərlər.

Qiymətləndirmə ilə bağlı müraciətlər 14 iyun saat 18:00-a qədər yuxarıda qeyd olunan platforma vasitəsilə “Müraciətlər” bölməsində təqdim olunmuş forma əsasında qəbul edilir.

Yekun ballar və qaliblərin adları növbəti həftə ərzində elan olunacaq.

Final turunda istifadə edilmiş qiymətləndirmə meyarları və sual kitabçaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://teacheredu-my.sharepoint.com/:f:/g/personal/elnara_mustafayeva_arti_edu_az/EjqQW0sHWYBImg5xYd2jqEgB7gI-7fGHsYHuJtSjZXH67A?e=sUEAd9