Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək milli komandanın üzvlərinə laboratoriya hazırlıq dərsləri keçirilir

Tarix: 19.06.2025
Paylaş:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək 57-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək milli komandanın üzvlərinə 14 iyun – 5 iyul 2025-ci il tarixlərində Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində xüsusi laboratoriya hazırlıq dərsləri keçirilir.

4 nəfər şagird Türkiyə yığma komandası ilə bərabər praktiki dərslərə qoşulub.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Bütün şagirdlərə uğurlar arzu edirik!