Ötən tədris ili ərzində Bakı şəhəri 18 nömrəli tam orta məktəbin şagird və müəllim heyəti, eləcə də valideynlər üçün bullinqə qarşı davamlı maarifləndirici ssesiyalar keçirilib.
Qeyd edək ki, yanvar ayında Azərbaycan Respublikasının Təhsil İnstitutunun tərəfdaşlığı, “Birbank”ın təşəbbüsü və maliyyə dəstəyi və “Dərs Evi” tədris mərkəzinin təşkilatçılığı ilə “Dəyişiklik səndən başlayır!” adlı sosial layihəyə start verilib. Layihə ümumtəhsil məktəblərində bullinqə qarşı mübarizə və bu mövzuda maarifləndirməni hədəfləyir.
Layihənin əsas məqsədi məktəblərdə psixoloji mühiti daha da sağlamlaşdırmaq, şagirdlər arasında zorakılıq hallarının qarşısının alınması, müəllim və valideynlərin bullinqin tanınması və qarşısının alınması istiqamətində maarifləndirilməsidir. Bu yanaşma təhsil mühitində qarşılıqlı anlayış və empatiyanın güclənməsinə xidmət edir.