Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edəcək komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

Tarix: 15.07.2025
Paylaş:

Biologiya fənni üzrə Beynəlxalq Biologiya Olimpiadasına (IBO) hazırlaşan Azərbaycan komandası Elxan Tahirovun rəhbərliyi ilə Türkiyənin Ankara şəhərində düşərgədə iştirak ediblər. Komandamız Qazi Universitetinin Fənn fakültəsinin Biologiya ixtisası üzrə təşkil olunan praktiki hazırlıqlarda iştirak edib.

Hazırlıq dərsləri Qazi Universitetinin tanınmış mütəxəssisləri, eləcə də universitetin Biologiya ixtisası üzrə professoru Prof. Dr. Leyla Açık tərəfindən həyata keçirilib. Proqram çərçivəsində iştirakçılar molekulyar biologiya, biosistematika, mikrobiologiya üzrə laboratoriya işləri yerinə yetiriblər.

Qeyd edək ki, Beynəlxalq Biologiya Olimpiadası – IBO 2025 20–27 iyul tarixlərində Filippin Respublikasının Quezon şəhərində keçiriləcək.