“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

Tarix: 15.07.2025
Paylaş:

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində təlimlər uğurla davam edir.

Layihənin əsas məqsədi ümümi təhsil məktəblərində metodik xidmətin təkmilləşdirilməsi, təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin metodik bilik və bacarıqlarının artırılmasıdır.

Təlimlər zamanı iştirakçılar müasir pedaqoji yanaşmalar, fənn kurikulumlarının tətbiqi, şagirdyönümlü dərs metodları, formativ qiymətləndirmə və digər mühüm sahələr üzrə nəzəri və praktik biliklər əldə edirlər. Eyni zamanda, təlimlər interaktiv üsullarla təşkil olunur, iştirakçılar arasında fikir mübadiləsi aparılır və real dərs nümunələri üzərində müzakirələr aparılır.

Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edəcək.