“Müasir metodist” layihəsi çərçivəsində müsahibə mərhələsi davam edir

Tarix: 15.07.2025
Paylaş:

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində Bakı şəhərinin tabeliyində olan ümumi təhsil məktəblərində fəaliyyət göstərən müəllimlərlə müsahibə mərhələsi davam edir. Müsahibələr həm onlayn, həm də əyani formada təşkil olunur.

Müsahibə prosesi zamanı iştirakçıların özünütəqdimetmə bacarığı, tədris prosesinin planlaşdırılması, metodik və pedaqoji savadlılıq, ünsiyyət və əməkdaşlıq bacarıqları, problem həll etmək bacarığı, liderlik xüsusiyyətləri və peşəkar inkişaf səviyyələri dəyərləndirilir.

Müsahibə nəticələrinə əsasən, müəyyən olunan meyarlara cavab verən və yüksək nəticə göstərən iştirakçılar növbəti mərhələyə keçmək hüququ əldə edəcəklər.

Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində müsahibələr mərhələli şəkildə davam etdirilir.