Elmi-pedaqoji tədqiqatlar mərkəzinin əməkdaşının 60 illik yubileyi ilə bağlı tədbir keçirilib

Tarix: 25.07.2025
Paylaş:

İyulun 25-də Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin əməkdaşı Natiq Əhmədovun 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. 

Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor müavini İlham Cavadov Natiq Əhmədovun fəaliyyəti haqqında geniş məlumat verib və rəhbərliyin adından təbrik edərək uğurlar arzulayıb.

Daha sonra Təşkilati şöbənin müdiri Aynur Paşayeva Natiq Əhmədovun institut əməkdaşları arasında böyük hörmət və rəğbət qazandığını vurğulayıb və onu təbrik edib.

İnstitutun digər əməkdaşları tərəfindən Natiq müəllimin xidmətlərindən bəhs edilib, yubilyarın ünvanına xoş sözlər, təbriklər ünvanlanıb.

Sonda çıxış edən Natiq Əhmədov tədbirin təşkilatçılığına görə Təhsil İnstitutunun rəhbərliyinə və həmkarlarına təşəkkürünü ifadə edib.