Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında uğur qazanıb!

Tarix: 28.07.2025
Paylaş:


20-27 iyul tarixlərində Filippin Respublikasının Keson şəhərində keçirilən 36-cı Beynəlxalq Biologiya Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər. 78 ölkənin iştirak etdiyi yarışda milli komandamız 1 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.

Olimpiadada Bakı şəhəri 274 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əhməd Əhmədli bürünc medala, Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Məmmədemin Səlimli isə həvəsləndirici mükafata layiq görülüb.

Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!