Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimlər uğurla tamamlandı.
Layihənin əsas məqsədi, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin metodik hazırlığını artırmaq, onlara müasir pedaqoji texnologiyalar və innovativ tədris üsulları ilə tanış etməkdir. Bu çərçivədə keçirilən təlimlərdə iştirakçılar müasir tədris metodları, fənlərin tədrisində yeni yanaşmalar, şagird mərkəzli dərs modelləri, effektiv qiymətləndirmə üsulları və s. mövzular üzrə həm nəzəri, həm də praktik biliklər əldə etdilər.
Təlimlər interaktiv formatda keçirilərək müəllimlər arasında bilik və təcrübə mübadiləsinə, açıq müzakirələrə və peşəkar əməkdaşlığın inkişafına geniş imkan yaratdı.
Qeyd edək ki, layihə çərçivəsində seçim mərhələsini uğurla keçən iştirakçılar üçün növbəti təlimlər haqqında məlumat yaxın günlərdə paylaşılacaq.