Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsinin növbəti müsahibə mərhələsi uğurla yekunlaşdı.
Layihə, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin müasir metodik yanaşmaları mənimsəməsini, peşəkar bacarıqlarının artırılmasını və innovativ tədris təcrübələrinin yayılmasını hədəfləyir.
Müsahibə prosesində namizədlər özünü ifadə etmə və təqdimat bacarığı, dərsin effektiv planlaşdırılması və metodik hazırlıq, pedaqoji bilik və təcrübənin dərinliyi, ünsiyyət və komanda işi bacarıqları, problem həll etmə qabiliyyəti, liderlik xüsusiyyətləri və peşəkar inkişafa həvəs, müasir təlim metodlarını tətbiq etmə bacarığı olmaqla qiymətləndirildi.
Qeyd edək ki, müsahibə nəticələri dəqiq təhlil edildikdən sonra seçilən müəllimlər xüsusi hazırlanan və metodik dəstək yönümlü, eləcə də fəaliyyətlərinə istiqamət verəcək təlimlərdə iştirak edəcəklər.