Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) uğur qazanıblar!

Tarix: 02.08.2025
Paylaş:

 


27 iyul – 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) iştirak edən komandamız 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.
Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri, Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb.

Məktəblilərimiz sözü gedən olimpiadada 1994-cü ildən iştirak edir və 1994-1999 illərdə 2 medal, 2000-2009 illərdə 2 medal, 2010-2019 illərdə 1 medal, 2020-2025 illərdə 11 medal qazanıblar.

https://stats.ioinformatics.org/results/AZE

Qeyd edək ki, cari tədris ilində 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanmaqla şagirdlərimiz ölkə olaraq tariximizin ən yüksək nəticəsinə imza atmışdılar. Həmçinin iki şagirdimizin dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşmışdırlar.

Son illərdə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Məktəblilərimizi təbrik edir və onlara növbəti müsabiqələrdə daha böyük nailiyyətlər qazanmağı arzulayırıq!