Azərbaycan məktəblilərinin 2024/2025-ci tədris ili üzrə beynəlxalq olimpiada uğurları

Tarix: 05.08.2025
Paylaş:
Azərbaycan məktəbliləri fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə 2024/2025-ci tədris ilində keçirilən nüfuzlu müsabiqələrdə yüksək nəticələr əldə ediblər.

Şagirdlərimiz kimya, fizika və biologiya fənləri üzrə Braziliya, BƏƏ, Qazaxıstan, Fransa, Səudiyyə Ərəbistanı, Rumıniya və Filippində keçirilən beynəlxalq müsabiqələrdə ümumilikdə 3 gümüş, 17 bürünc medala və 8 həvəsləndirici mükafata layiq görülüblər.

Riyaziyyat və informatika fənləri üzrə Qazaxıstan, Bosniya və Herseqovina, Şimali Makedoniya, Avstraliya, Rumıniya, Özbəkistan, Sinqapur, Almaniya və Boliviyada keçirilən beynəlxalq müsabiqələrdə ümumilikdə 5 qızıl, 9 gümüş, 17 bürünc medala və 6 həvəsləndirici mükafata layiq görülüblər.