Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa çatacaq.
Namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsindən həyata keçirə bilərlər.
Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın qərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-a qədər office@arti.edu.az elektron ünvanına rəsmi ərizə ilə müraciət edə bilərlər.