Ümumtəhsil müəssisələrinin 3-cü siniflərində tətbiq olunacaq yeni nəsil “Həyat bilgisi” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək

Tarix: 04.09.2025
Paylaş:

 


Təhsil İnstitutu tərəfindən 8 sentyabr tarixində saat 10:00-da “2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 3-cü siniflərində tətbiq olunacaq yeni nəsil “Həyat bilgisi” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində ARTİ-nin Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov, Bakı Mühəndislik Universiteti Pedaqoji fakültənin baş müəllimi, “Həyat bilgisi” dərslik komplektinin həmmüəllifi, layihə rəhbəri Elşad Yunusov və Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin tətbiqi psixologiya və gender kafedrasının dosenti, “Həyat bilgisi” dərslik komplektinin həmmüəllifi Elmina Kazımzadə çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.