Təhsil İnstitutu tərəfindən 9 sentyabr tarixində saat 13:00-da “2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “Riyaziyyat” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində ARTİ-nin Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov, Tədris Resursları Mərkəzinin direktoru, dərslik müəllifi, layihə rəhbəri Zaur İsayev, Orta Doğu Texniki Universiteti, Təhsil fakültəsi, Riyaziyyat və Təbii Elmlər Təhsili bölməsi rəhbəri, beynəlxalq dərəcəli ekspert Prof. Dr. Ayhan Kürşat Erbaş, əməkdar müəllim, dərslik müəllifi Məhəmməd Kərimov, 193 №li tam orta məktəbin riyaziyyat müəllimi, dərslik müəllifi Günay Hüseynzadə, Gənc istedadlar liseyinin riyaziyyat müəllimi, dərslik müəllifi Aqşin Abdullayev çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.