Təhsil İnstitutu tərəfindən 10 sentyabr tarixində saat 10:00-da “2025/2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin VII siniflərində tətbiq olunacaq yeni nəsil “Coğrafiya” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov, Böyük Britaniya Məktəbinin coğrafiya müəllimi, layihə rəhbəri, dərslik müəllifi Famil Ələkbərov, Qazi Universitetinin Pedaqoji fakültəsi Coğrafiya departamentinin rəhbəri, xarici ekspert Prof. Dr Servet Karabağ, H.Mahmudbəyov adına 2 nömrəli Texniki-humanitar elmlər liseyinin müəllimi, dərslik müəllifi Şərafət Hüseynli və Dövlət İmtahan Mərkəzinin Yoxlama-Ölçmə Materiallarının İşlənməsi Departamentinin Orta təhsil üzrə şöbəsinin baş məsləhətçisi (coğrafiya və tarix fənləri üzrə kurator), dərslik müəllifi Ülviyyə Qasımova çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.