“2025/2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin VIII siniflərində tətbiq olunacaq yeni nəsil “Fizika” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək

Tarix: 09.09.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən 10 sentyabr tarixində saat 13:00-da “2025/2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin VIII siniflərində tətbiq olunacaq yeni nəsil “Fizika” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri, dərslik həmmüəllifi Rasim Abdurazaqov, Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin aparıcı mütəxəssisi, dərslik həmmüəllifi Əli Ağacanlı, ADA məktəbinin fizika müəllimi, dərslik həmmüəllifi Dünyamalı Məmmədov və Landau məktəbinin fizika müəlimi, dərslik həmmüəllifi Yalçın İslamzadə çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.