“2025/2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin VIII siniflərində tətbiq olunacaq yeni nəsil “Kimya” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək

Tarix: 09.09.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən 11 sentyabr tarixində saat 10:00-da “2025/2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin VIII siniflərində tətbiq olunacaq yeni nəsil “Kimya” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov, Sumqayıt Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, “Kimya” dərslik komplektinin həmmüəllifi, layihə rəhbəri Elşad Abdullayev və Bakı Mühəndislik Universitetinin Kimya-biologiya kafedrasının müdiri, “Kimya” dərslik komplektinin həmmüəllifi Elmar İmanov çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.