ARTİ tərəfindən metodik xidmət həyata keçirən ümumi təhsil müəssisələrinin rəhbərləri və Regional Təhsil İdarələrinin iştirakı ilə onlayn görüş təşkil edilib

Tarix: 10.09.2025
Paylaş:

8 sentyabr tarixində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən metodik xidmət həyata keçirən ümumi təhsil müəssisələrinin rəhbərləri və Regional Təhsil İdarələrinin iştirakı ilə onlayn görüş təşkil edilib. Görüşün keçirilməsində məqsəd məktəblərdə metodik xidmətin səmərəliliyinin artırılması, tədris prosesində keyfiyyətin yüksəldilməsi və metodik dəstəyin gücləndirilməsi istiqamətində müzakirələr aparmaq olub. Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Regional Təhsil İdarələrinin nümayəndələri, MÜTDA tabeliyində olan metodik xidmət icra edilən məktəblərin direktor və direktor müavinləri iştirak ediblər.

Görüşdə metodik xidmətin mövcud vəziyyəti, tətbiq mexanizmləri və qarşıya çıxan çətinliklərin aradan qaldırılması ilə bağlı məlumat təqdim edilib. Görüşdə metodik xidmət zamanı metodistin icra etdiyi istiqamətlər izah edilib, metodik dəstək zamanı məktəb rəhbərliyinin bu istiqamətdə dəstəyinin vacibliyi vurğulanıb, həmçinin məktəb rəhbərlərinin təcrübələri dinlənilib və effektiv idarəetmə üsulları müzakirə olunub.

Görüş zamanı əsas diqqət metodik xidmətin keyfiyyətinin artırılmasına, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və təhsil prosesində innovativ yanaşmaların tətbiqinə yönəlib. İştirakçılar öz təkliflərini təqdim edib, qarşılıqlı fikir mübadiləsi aparılıb, sonda müvafiq suallar cavablandırılıb.