ARTİ-də “Ömürboyu təhsil və onun təşkilində ali təhsil müəssisələrinin rolu” mövzusunda seminar keçirilib

Tarix: 12.09.2025
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəlsəfə doktoru proqramı üzrə doktorant Abbas Babayevin təqdimatında “Ömürboyu təhsil və onun təşkilində ali təhsil müəssisələrinin rolu” mövzusunda seminar baş tutub. Seminarda institutun doktorant və dissertantları iştirak edib, geniş elmi diskussiya mühiti yaradılıb.

Təqdimat zamanı Abbas Babayev dissertasiya işinin mövzusu və araşdırma istiqamətləri barədə ətraflı məlumat verib. O, işin tamamlanması mərhələsində qarşılaşdığı elmi və metodoloji problemləri, həmçinin tədqiqat çərçivəsində yaranan sualları təqdim edib, seminar iştirakçılarının suallarını cavablandırıb. Bu müzakirələr işin keyfiyyətinin artırılmasına və mövzunun daha da dərindən öyrənilməsinə mühüm töhfə vermişdir.

Seminar, ömürboyu təhsilin əhəmiyyətini və ali təhsil müəssisələrinin bu prosesdə oynadığı rolu akademik müstəvidə təhlil etməklə yanaşı, doktorantların və dissertantların elmi fəaliyyətlərinin inkişafı üçün stimul yaradıb. Qeyd edək ki, seminarların keçirilməsində məqsəd doktorantların elmi araşdırmalarını dəstəkləmək və elmi dialoqu genişləndirməkdir.