PIRLS 2026-ya doğru: PIRLS-in təhsil sistemlərinə töhfələri

Tarix: 12.09.2025
Paylaş:

 

 

 

 

Azərbaycan 2026-cı ildə PIRLS tədqiqatında iştirak edəcək. Bu beynəlxalq qiymətləndirmə tədqiqatı dördüncü sinif şagirdlərimizin oxu savadlılığını müxtəlif aspektlərdən araşdıraraq faydalı məlumatlar təqdim edəcək.

PIRLS-in verəcəyi töhfələr aşağıdakı kimidir:

  1. Oxu savadlılığının səviyyələr üzrə müəyyənləşdirilməsi
    Şagirdlərin oxuduqlarını anlayıb-anlamadıqları səviyyələr üzrə ölçüləcək və güclü–zəif tərəflər müəyyən olunacaq.

  2. Mətn növləri üzrə bacarıqların təhlili
    Şagirdlərin bədii və informativ mətnlərdə hansı istiqamətdə daha yaxşı nəticə göstərdikləri müəyyən olunacaq.

  3. Kompüter əsaslı qiymətləndirməyə keçid
    PIRLS-də ilk dəfə olaraq Azərbaycan şagirdləri ənənəvi kağız formatında deyil, kompüterdə oxu və tapşırıqları yerinə yetirmə bacarıqları üzrə qiymətləndiriləcək.

  4. ePIRLS – onlayn oxu bacarıqlarının ölçülməsi
    Şagirdlər veb-səhifə formatlı tapşırıqları da cavablandıracaqlar və onların rəqəmsal mühitdə oxu bacarıqları qiymətləndiriləcək.

  5. Süni intellektlə yoxlamanın tətbiqi
    Açıq tipli suallar üzrə cavabların süni intellekt vasitəsilə də yoxlanılması sınaqdan keçiriləcək. Bu, süni intellektlə cavabların yoxlanılmasının effektivliyinə dair ölkələrə yeni təcrübə qazandıracaq.