2025–2026-cı tədris ilinə hazırlıq çərçivəsində peşə təmayüllü siniflərin qrup rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə “Komanda quruculuğu və metodiki səriştəliliyin artırılması” mövzusunda təlimlər başa çatıb. Təlim zamanı “Ümumi təhsil bir təyyarə olsaydı, peşə təmayüllü siniflər həmin təyyarənin hansı hissəsi olardı?” mövzusunda 260 qrup rəhbəri 30 qrup olaraq müzakirələr aparıblar.
Ən çox seçilən cavablar arasında qanad, naviqasiya və mühərrik önə çıxıb. Belə ki, qanad şagirdlərə yeni üfüqlər açır, yüksəldir və balans yaradır, naviqasiya gənclərə istiqamət verir, onları əmək bazarına doğru yönləndirir, mühərrik isə gələcəyə aparan hərəkətverici qüvvə olur.
Beləliklə peşə təmayüllü siniflər müxtəlif baxışları bir nöqtədə birləşdirərək, ümumi təhsilə yeni nəfəs verir, gənclərin seçim imkanlarını genişləndirir və onları gələcəyə aparan mühüm istiqamətverici qüvvə kimi çıxış edir.