“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində “Fərdi layihələr” kateqoriyasının qalibi olan metodistləri təqdim edirik.
Təranə Muxtarova Bakı şəhəri, Nizami rayonu 251 nömrəli tam orta məktəbin metodistidir, “DilBil: İngilis dili ilə qlobal imkanlara açılan qapı” layihə üzrə qalib olub.
Səadət Səfəralıyeva Göyçay şəhəri Göyçay şəhər 1 nömrəli tam orta məktəbin metodistidir, “Qızıl əllərlə vətəni gəzək” adlı layihə üzrə qalib olub.
Aybəniz Rüstəmova B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin metodistidir, “Oxu, anla, inkişaf et!” layihəsinin qalibi olub.
Xuraman Babayeva Bakı şəhəri, Xətai rayonu 191 nömrəli tam orta məktəbin metodistidir, “Məktəblərdə Aikido klubları” layihəsi üzrə qalib olub.
Azadə Hənifəyeva Bakı şəhəri 328 nömrəli tam orta məktəbin metodistidir, “Şagirdlər rəqəmsal dublyajda” layihəsi üzrə qalib olub.
Sevinc Nəcəfova Bakı şəhəri 287 nömrəli Zəkalar liseyinin metodistidir, “Kapoeyranın izləri” layihəsinin qalibi olub.
Cəmilə Bədəlzadə Bakı şəhəri, Nərimanov rayon T.İ.Həsənov adına 57 nömrəli tam orta məktəbin metodistidir, “VR ilə ingilis dilini öyrən” layihəsi üzrə qalib olub.
Ayşən Rüstəmova Gəncə şəhəri 12 nömrəli tam orta məktəbin metodistidir, “Biz gələcəyin skautlarıyıq” layihəsinin qalibidir.
Nüşabə Zeynalova Neftçala rayonu R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin metodistidir, “”FunEasyLearn” tətbiqinin köməyi ilə şagirdlərin ingilis dili üzrə bacarıqlarının inkişaf etdirilməsi” layihə üzrə qalib olub.
Əfsanə Məmmədova Gəncə şəhər V.Veysəlov adına 30 nömrəli tam orta məktəbin metodistidir, “Plastik tullantılar-Dəyişiklik bizdən başlayır”adlı layihə üzrə qalib olub.