Sentyabrın 23-də Təhsil İnstitutunun Məktəbəqədər təhsilin proqramları şöbəsinin müdiri Laləzər Cəfərovanın 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Laləzər Cəfərovanın təhsilin inkişafına verdiyi töhfələrlə yanaşı həm də elmi-pedaqoji fəaliyyəti ilə seçildiyini, onun müəllifliyi və həmmüəllifliyi ilə indiyə kimi 210 elmi əsərin, o cümlədən 100-dən artıq metodik vəsaitin hazırlandığını həmkarların diqqətinə çatdırıb.
İnstitutun digər əməkdaşları tərəfindən Laləzər xanımın əvəzsiz xidmətlərindən bəhs edilib, yubilyarın ünvanına xoş sözlər, təbriklər ünvanlanıb.
Sonda çıxış edən Laləzər Cəfərova tədbirin təşkilatçılığına görə Təhsil İnstitutunun rəhbərliyinə və həmkarlarına təşəkkürünü ifadə edib.