Biologiya fənnindən yuxarı yaş qrupu üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil ediləcək!

Tarix: 29.09.2025
Paylaş:

 

5 oktyabr tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində biologiya fənni üçün yuxarı yaş qrupu üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil ediləcək.

Seçmə imtahanına ötən tədris ilində Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə qalib olan və finalda iştirak etmiş 8, 9 və 10-cu sinif şagirdləri (cari tədris ilində 9, 10 və 11-ci sinifdə təhsil alan şagirdlər) dəvət olunurlar.

İmtahan saat 11:00-da başlayır, şagirdlər 10:30-dan gec olmayaraq imtahan mərkəzində olmalıdırlar.

Nəzərinizə çatdırırıq ki, şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyət vəsiqəsi və kalkulyator gətirməlidirlər.