Riyaziyyat fənni üzrə 8-9-cu sinif şagirdləri üçün beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

Tarix: 13.10.2025
Paylaş:

Riyaziyyat fənninə xüsusi marağı ilə seçilən 8-9-cu sinif şagirdləri arasında cari tədris ilində olimpiadalara hazırlıq üzrə aşağı yaş qrupu komandasının formalaşdırılması məqsədilə seçmə imtahanı keçirilib. İmtahan 11 oktyabrda Fizika, riyaziyyat və informatika təmayüllü liseydə baş tutub. Seçmə imtahana əvvəlki tədris ilində riyaziyyat fənnindən Məktəblilərarası fənn müsabiqələrində qalib olan 7-ci sinif şagirdləri və 5 oktyabrda təşkil olunan birinci mərhələdə 80% və daha yuxarı nəticə göstərən iştirakçılar dəvət olunub.

Bütün şagirdlərə uğurlar arzulayırıq.