Fizika və biologiya fənləri üzrə beynəlxalq olimpiadalarda iştirak edəcək namizəd şagirdlərin seçmə imtahanlarının nəticələri elan olundu

Tarix: 14.10.2025
Paylaş:

 

Fizika və biologiya fənləri üzrə beynəlxalq olimpiadalara seçmə imtahanında uğur qazanmış namizəd şagirdlərin adları artıq məlumdur. Nəticələrlə tanış olmaq üçün müvafiq keçidlərə daxil ola bilərsiniz. Ümumi nəticələr isə şagirdlərin təhsil aldıqları məktəblərin tabe olduğu qurumlara göndəriləcək.

Qeyd edək ki, şagirdlər hər tədris ilinin əvvəlində təşkil edilən hazırlıq dərslərinə qoşularaq ilboyu sistemli şəkildə məşğələlərdə iştirak edir və biliklərini təkmilləşdirirlər. Bu proses onların fənn üzrə dərin biliklər qazanmasına, eləcə də beynəlxalq arenada ölkəmizi uğurla təmsil etməsinə şərait yaradır.

Fizika fənni üzrə seçmə imtahan 27 sentyabr, biologiya fənni üzrə isə 5 oktyabr tarixində keçirilib.

Bütün şagirdlərə gələcək fəaliyyətlərində və qarşıdakı olimpiadalarda uğurlar arzulayırıq!

Nəticələr:

Biologiya

Fizika