İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

Tarix: 17.10.2025
Paylaş:

Müəllimlərin peşəkar inkişafını və innovativ tədris yanaşmalarının tətbiqini təşviq etmək üçün Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbərliyi ilə HP IDEA (HP İnnovasiya və Rəqəmsal Təhsil Akademiyası) tərəfindən həyata keçirilən proqramın ikinci mərhələsinə start verilib.

Bu beynəlxalq proqram müəllimlərə texnologiya, innovasiya və pedaqogikanı birləşdirən qabaqcıl təlim imkanları təqdim edir. Ümumilikdə 8 ay keçirilməsi nəzərdə tutulan HP IDEA proqramında hazırda müxtəlif regionlarda yerləşən 36 məktəbdən 147 müəllim iştirak edir.

Proqramın ikinci mərhələsində təhsilverənlər birinci mərhələdə hazırladıqları layihə prototiplərini test ediblər. Təlim görüşləri zamanı onlar “Hissələr, insanlar, qarşılıqlı təsirlər” konsepsiyasını araşdıraraq və “Fəaliyyət nəzəriyyəsi” çərçivəsindən istifadə edərək layihələrinin həyata keçirilməsi üçün ətraflı planlar hazırlamağa başlayıblar.

Proqramda iştirak etmiş məktəblər HP IDEA plakatı, təlimləri uğurla başa vuran müəllimlər isə HP IDEA məzunu sertifikatı ilə təltif ediləcək. Proqramın məzunları qlobal şəbəkəyə qoşularaq beynəlxalq əməkdaşlıq imkanlarından faydalanacaqlar.