Kimya və riyaziyyat fənləri üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil olunub

Tarix: 20.10.2025
Paylaş:

18 oktyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində kimya və riyaziyyat fənləri üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil olunub. Seçmə imtahanda riyaziyyat fənni üzrə ötən tədris ilində RFO-da qalib olmuş, kimya fənni üzrə isə finalda iştirak etmiş şagirdlər iştirak ediblər.

Seçmə imtahanın məqsədi beynəlxalq olimpiadalara hazırlıq prosesinə fənn üzrə ən yüksək nəticə göstərən şagirdlərin cəlb edilməsidir.

Nəzərinizə çatdırırıq ki, imtahan nəticəsinə əsasən uğurlu nəticə əldə edən şagirdlərə beynəlxalq olimpiadaya hazırlıq proqramı çərçivəsində dərslərin keçirilməsi planlaşdırılır.