Kimya fənni üzrə beynəlxalq olimpiadalarda iştirak edəcək namizəd şagirdlərin seçmə imtahanının nəticələri elan olundu!

Tarix: 24.10.2025
Paylaş:

 

Kimya fənni üzrə beynəlxalq olimpiadalara seçmə imtahanında uğur qazanmış şagirdlərin adları artıq məlumdur. Nəticələr ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz.

Qeyd edək ki, şagirdlər hər tədris ilinin əvvəlində təşkil edilən hazırlıq dərslərinə qoşularaq ilboyu sistemli şəkildə məşğələlərdə iştirak edir və biliklərini təkmilləşdirirlər. Bu proses onların fənn üzrə dərin biliklər qazanmasına, eləcə də beynəlxalq arenada ölkəmizi uğurla təmsil etməsinə şərait yaradır.

Bütün şagirdlərə gələcək fəaliyyətlərində və qarşıdakı olimpiadalarda uğurlar arzulayırıq!

Kimya