24 oktyabrda Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin təşkilatçılığı ilə Regional Təhsil İdarələrinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə məktəbdaxili metodistlərin və aparıcı metodistlərin fəaliyyəti, onların rolu və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr edilib, “Müəllim İnkişaf Portalı” haqqında ətraflı məlumat təqdim edilib, portalın imkanları və metodik xidmətin keyfiyyətinin artırılmasında rolu barədə fikir mübadiləsi aparılıb.
Görüşün keçirilməsində əsas məqsəd bölgələrdə metodik xidmətin təşkili və koordinasiyasını gücləndirmək, müəllimlərin peşəkar inkişafına dəstək vermək və metodik fəaliyyətin effektivliyini artırmaq olub.
Görüş iştirakçıları gələcək əməkdaşlıq istiqamətləri və metodik dəstəyin səmərəliliyinin yüksəldilməsi ilə bağlı birgə fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər.