Təhsil İnstitutunun Məktəbəqədər təhsilin proqramları şöbəsinin baş mütəxəssisi Kifayət Məmmədovanın “Elmi əsərlər” jurnalında “Müasir dövrdə məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə valideynlərlə əməkdaşlığın təsiri” adlı məqaləsi dərc olunub.
Məqalədə məktəbəqədər yaşlı uşaqların ümumi inkişafına xidmət edən tərbiyəçi-müəllim və valideyn əməkdaşlığının məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə göstərdiyi təsirindən danışılır. Bununla bağlı dünyanın bir sıra inkişaf etmiş ölkələrinin məktəbəqədər təhsil sahəsində uşaqların fiziki və mental inkişafına xidmət edən tərbiyəçi-müəllim və valideyn əməkdaşlığına innovativ yanaşmalar, bu istiqamətdə respublikamızın məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən layihələr, əməkdaşlığın innovativ yollarla, rəqəmsal vasitələrlə və s. təşkili haqqında geniş məlumat verilir.
Müvafiq keçidə daxil olmaqla məqalə ilə tanış ola bilərsiniz:
Müasir dövrdə məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə valideynlərlə əməkdaşlığın təsiri