
Təkmilləşdirilmiş xarici dil fənn kurikulumunun pedaqoji heyətə kommunikasiyası çərçivəsində 19 noyabr saat 14:00-da Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin əməkdaşı Gülnar Cəfərlinin moderatorluğu ilə “Xarici dil fənn kurikulumu: danışma məzmun xətti (ingilis dili nümunəsində)” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Kaliforniya Dövlət Universitetinin professoru Dr. Nathan Carr və ingilis dili müəllimi, təlimçi, dərslik müəllifi Arifa Rəsulova çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.