Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının xarici üzvü, professor Hümeyir Əhmədov Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının və Abay adına Qazax Milli Pedaqoji Universitetində keçirilən illik sessiyasında iştirak edib. O, tədbir çərçivəsində “Azərbaycan və Qazaxıstanda pedaqoji elmin və təhsilin keyfiyyətinin müqayisəli təhlili” (“Сравнительный анализ педагогической науки и качества образования в Азербайджане и Казахстане”) mövzusunda elmi məruzə ilə çıxış edərək, hər iki ölkədə pedaqoji elmin inkişaf tendensiyalarını və təhsilin keyfiyyət göstəricilərini müqayisəli şəkildə təhlil edib.