Peşə təmayüllü siniflərdə fəaliyyət göstərən təhsilverənlərin komanda quruculuğu və metodiki səriştəliyinin artırılması istiqamətində 5 günlük təlim təşkil olunub. Təlimlərdən görüntlüləri təqdim edirik.
Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd təhsilverənlərə metodiki dəstəyin göstərilməsi, təlim strategiyaları, gündəlik planlaşdırmanın mahiyyəti və strukturu barədə məlumatların verilməsi, tədrisdə kurikulumun tətbiqi, müasir təlim texnologiyalarından istifadə, təlimin yeni metod və formalarının mənimsənilməsi üçün bacarıqlarını artırmaqdır.