Noyabrın 26-da Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqat mərkəzinin əməkdaşı Məhəbbət Paşayevanın 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini İlham Cavadov M.Paşayevanın institutdakı elmi-pedaqoji fəaliyyəti haqqında geniş məlumat verərək 2 monoqrafiya, 3 metodik vəsait, 50-yə yaxın məqalə və tezisin müəllifi olduğunu diqqətə çatdırıb və rəhbərliyin adından təbrik edərək uğurlar arzulayıb.
Tədbirdə iştirak edən institutun digər əməkdaşları da çıxış edərək yubilyarın ünvanına xoş sözlər və təbriklər ünvanlayıblar.
Sonda çıxış edən Məhəbbət Paşayeva tədbirin təşkilatçılığına görə Təhsil İnstitutunun rəhbərliyinə və həmkarlarına təşəkkürünü bildirib.