Məktəb direktorlarının işə qəbulu və yerləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi

Tarix: 01.12.2025
Paylaş:

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsildə tətbiqi tədqiqatlar şöbəsinin əməkdaşlarının məqaləsi “Azərbaycan məktəbi” jurnalında məqaləsi dərc olunub. 

Məqalədə Qazaxıstan, Türkiyə və Finlandiya təhsil sistemlərində məktəb direktorlarının işə qəbulu, yerləşdirilməsi, peşəkar hazırlığı və fəaliyyətlərinin qiymətləndirilməsi mexanizmləri müqayisəli şəkildə təhlil olunub. Qazaxıstan və Türkiyənin nümunə kimi seçilməsi onların coğrafi yaxınlığı və təhsil sistemlərində müşahidə olunan struktur və məzmun oxşarlıqları ilə izah olunur. Finlandiya isə məktəb rəhbərliyinin təşkili və idarəetmə prosesində dünya miqyasında uğurlu və nümunəvi model formalaşdırdığı üçün araşdırmaya daxil edilib. Tədqiqatın əsas məqsədi müxtəlif ölkələrin təcrübəsini müqayisəli şəkildə öyrənərək məktəb direktorlarının seçimi, hazırlanması və peşəkar inkişafı üçün daha səmərəli modelin müəyyənləşdirilməsi istiqamətində töhfə verməkdir. Məqalədə hər üç ölkədə direktor vəzifəsinə namizədlər üçün müəyyən edilən tələblər, seçim mərhələlərinin ardıcıllığı, imtahan və müsahibə prosedurları, eləcə də nəticələrin qiymətləndirilməsi və yerləşdirilmə meyarları sistemli şəkildə təqdim edilib.

Məqalə ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:

“Azərbaycan məktəbi” jurnalı