Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəaliyyət planına əsasən, Xüsusi istedadlı uşaqlarla iş mərkəzi tərəfindən “İstedadlı şagirdlərlə işin təşkili” mövzusunda ixtisasartırma təlimi keçirilib.
Təlimdə Bakı və regionlardan ümumilikdə 500-dən çox müəllim iştirak edib. Təlimin keçirilməsində əsas məqsəd müəllimlərdə xüsusi istedadlı uşaqların erkən yaşlarda aşkar olunması, onlarla düzgün işin təşkil olunması bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.