7 dekabrda Beynəlxalq Jautıkov Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlərin müəyyən edilməsi məqsədilə seçmə imtahanı keçirilib. İmtahan Bakı Ali Neft Məktəbinin (BANM) Ağ Şəhər korpusunda təşkil olunub.
Seçmə mərhələsində ümumilikdə 76 şagird iştirak edib. Onlardan 49 şagird riyaziyyat, 27 şagird isə informatika fənləri üzrə biliklərini nümayiş etdirib.
Bütün şagirdlərə uğurlar arzulayırıq.