15 dekabr tarixində saat 15:00-da Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Təkmilləşdirilməkdə olan fiziki tərbiyə fənn kurikulumu” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Akademik Zərifə Əliyeva adına liseyin fiziki tərbiyə müəllimi Hüseyn Hüseynov, Elçin Mansurov adına 88 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Əliyeva, Azərbaycan İdman Akademiyasının baş müəllimi Əhməd Qılınc, H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Cabbar Yolçiyev və Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Vəli Musayev çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.