Şagirdlərin Bilbacar üzrə ilk yarış nəticələri açıqlandı!

Tarix: 18.12.2025
Paylaş:



2025-ci ilin noyabr ayından etibarən yenidən başlayan Bilbacar müsabiqəsinin ilk yarış nəticələri artıq şagirdlərin Bilbacar hesablarına əlavə edilib. Şagirdlər öz Bilbacar hesablarına daxil olaraq nəticələri ilə tanış ola bilər.

Qeyd edək ki, 2-13 dekabr tarixləri arasında təşkil edilmiş yarışda 1706 ümumi təhsil müəssisəsi üzrə 155 000 şagird iştirak edib. Müsabiqənin ilk hazırlıq mərhələsində isə 1681 ümumi təhsil müəssisəsi üzrə 118 000 şagird iştirak edib.

Xatırladaq ki, ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaq məqsədilə həyata keçirilən bu ilki Bilbacar müsabiqəsinin onlayn mərhələsi 2026-cı ilin may ayınadək davam edəcək və final mərhələsi isə iyun ayında keçiriləcək.