Doktorant və dissertantlar üçün ixtisas fənlərindən doktorluq imtahanlarının payız sessiyası təşkil olunub

Tarix: 23.12.2025
Paylaş:

2025-ci ilin ikinci yarımilində Azərbaycan Respublikasının Təhsil İnstitutunda təhsil alan doktorantlar üçün ixtisas fənləri üzrə doktorluq imtahanlarının payız sessiyası təşkil olunub.

İmtahanlar Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi şurasının müvafiq qərarına uyğun olaraq keçirilib.

Payız sessiyası çərçivəsində “Pedaqogikanın əsasları”, “Təhsilin təşkili və planlaşdırılmasının əsasları”, “Psixologiyanın əsasları” fənləri, eləcə də 5804.01 – “Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi”, 5802.01 – “Təhsilin təşkili və planlaşdırılması”, 5801.01 – “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisasları üzrə doktorluq imtahanları keçirilib.

İmtahan prosesi Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyevin rəhbərlik etdiyi imtahan komissiyası tərəfindən həyata keçirilib. Nəticələrə əsasən, imtahanda iştirak edən doktorant və dissertantlar imtahanları uğurla başa vurub və məqbul qiymətləndiriliblər.

Keçirilən doktorluq imtahanları elmi-pedaqoji kadrların keyfiyyətli hazırlanmasına, onların elmi tədqiqat fəaliyyətinin stimullaşdırılmasına və elmi potensialın gücləndirilməsinə mühüm töhfə verir.

Qeyd edək ki, doktorluq imtahanları ildə iki dəfə — yaz və payız sessiyaları üzrə keçirilir.