BilBacar müsabiqəsinin dekabr ayı üzrə hazırlıq mərhələsinə start verildi!

Tarix: 24.12.2025
Paylaş:

 

BilBacar müsabiqəsinin dekabr ayı üzrə “Hazırlıq” mərhələsi aktivdir. Şagirdlər hesablarına daxil olmaqla “Hazırlıq” bölməsi üzrə sualları cavablandıra bilərlər.

Şagirdlər iki mətn (bədii və informativ) üzrə müxtəlif tipli sualları cavablandıracaqlar. Hazırlıq şagirdlərin “Yarış”a hazırlaşması məqsədi daşıyır.

Qeyd edək ki, builki BilBacar müsabiqəsinin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.