Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə rayon (şəhər) turu keçirilib

Tarix: 12.01.2026
Paylaş:



10–11 yanvar tarixlərində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə rayon (şəhər) turu təşkil edilib. Olimpiada onlayn formatda keçirilib.

İmtahan nəticələrinə əsasən:

8-ci siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 597 nəfər;

9-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 559 nəfər;

10-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 508 nəfər;

11-ci siniflər üzrə isə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 501 nəfər olub.

Qeyd edək ki, növbəti mərhələdə iştirak hüququ qazanan şagirdlər barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.