Formativ qiymətləndirmə (metodik vəsait)

Tarix: 21.01.2026
Paylaş:

 

Təhsil İnstitutu “Formativ qiymətləndirmə” adlı metodik vəsaiti təqdim edir.

Təqdim olunan metodik vəsaitdə məktəbdaxili qiymətləndirmə vahid və sistemli bir proses kimi nəzərdən keçirilib. Vəsaitdə formativ qiymətləndirmənin bu prosesdəki rolu aydınlaşdırılıb, şagirdin inkişafına təsiri ətraflı şəkildə izah edilib. Eyni zamanda formativ qiymətləndirmənin strategiyaları, üsul və vasitələri, bu üsulların sinifdə tətbiqinə dair praktik nümunələr təqdim olunub.

Metodik vəsaitdə formativ qiymətləndirmənin ayrılmaz və əvəzedilməz tərkib hissəsi olan rəyvermə məsələsinə xüsusi diqqət yetirilib, müxtəlif rəy nümunələri təqdim edilərək təhlil edilib.

Metodik vəsait ümumtəhsil məktəblərində çalışan təhsilverənlər üçün hazırlanıb. Vəsaitdən təhsil sahəsində fəaliyyət göstərən digər mütəxəssislər, tələbələr, doktorant və dissertantlar da istifadə edə bilər.

Müvafiq keçidə daxil olmaqla vəsait ilə tanış ola bilərsiniz:

Formativ qiymətləndirmə