Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) və riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq məqsədilə yuxarı yaş qrupu üçün seçmə imtahanları keçirilib

Tarix: 22.01.2026
Paylaş:

21–22 yanvar tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) və riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq məqsədilə yuxarı yaş qrupu üçün seçmə imtahanları təşkil olunub.

Seçmə imtahanın məqsədi beynəlxalq olimpiadalara hazırlıq prosesinə fənn üzrə ən yüksək nəticə göstərən şagirdlərin cəlb edilməsidir.

Bütün iştirakçılara uğurlar arzulayırıq!