Müsabiqədə iştirak etmək istəyən şagirdlər 29 yanvar saat 15:00-dək https://portal.edu.az/ platforması üzərindən “Müsabiqələr və olimpiadalar” bölməsinə daxil olaraq, müvafiq müsabiqə istiqamətini seçməklə elektron müraciət etməlidirlər.
Təlimat videosu ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.
https://www.youtube.com/watch?v=0cOqPiGaHBw
Qeyd edək ki, Məktəblilərarası fənn müsabiqələrinin qalibləri ARTİ-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur.
Qeydiyyat zamanı yaranan çətinliklərlə bağlı +994 51 206 78 48 nömrəsinə “WhatsApp” platforması üzərindən problemi ətraflı şəkildə yalnız yazılı formada göndərə bilərsiniz.